Haqqımızda

"Media Market" MMC bir neçə ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətlərimiz Multimedia məhsulların istehsalı və satışıdır.  Azərbaycanda ilk dəfə olaraq 3D və 4D məhsulların istehsalını biz həyata keçiririk.

3D/4D canlı kitabların istehsalı sahəsində ixtisaslaşmış BluEggVision və DEVAR Kids şirkətlərinin Azərbaycanda rəsmi və tək tərəfdaşı olaraq bu məhsulların istehsalı və satışını həyata keçiririk. Biz dilerlərimizin təliminə və onlara texniki dəstək göstərilməsinə daim diqqət ayırırıq. Biz Azərbaycanın bütün bölgələri ilə əməkdaşlıq qurmağa və diler şəbəkəmizi genişləndirməyə hər zaman maraqlıyıq və hazırıq!

Dünyanın bir çox ölkəsində geniş yayılmış BluEggVision və Deavr Kids məhsullarını Azərbaycan üzrə hal-hazırda Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Bərdə şəhərlərində rəsmi tərəfdaşlarımız vasitəsilə və www.kidsstore.az saytından isə online sifarişlə əldə etmək mümkündür. 

BİZİM KOMANDAMIZ 

  • Anar Rəsulov - Layihənin rəhbəri
  • Murad Bayramov - Veb proqramlaşdırma üzrə mütəxəssis
  • Polad Sadiqov - Marketinq üzrə mütəxəssis
  • Məhəmməd Rəsulzadə - Məhsul yoxlayıcısı
  • Fəxrim Fətəliyev - Müştəri xidmətləri üzrə mütəxəssis
  • Şahin Həsənov - Satış üzrə məsləhətçi
  • Bundan əlavə proqramların Azərbaycan dilinə uyğunlaşdırılması, dizayn, dublyaj, tərcümə və digər sahələrdə onlarla insan da bizimlə əməkdaşlıq edir.

BİZİMLƏ ƏMƏKDAŞLIQ EDİN!

Biz Azərbaycanın bütün bölgələrində "Bir diler - Bir bölgə" devizi altında diler şəbəkəmizi genişləndirmə aksiyası çərçivəsində maraqlı olan bütün şəxsləri əməkdaşlığa dəvət edirik. Biz dilerlərə sertifikatlaşdırılmış məhsul təqdim edərək, onlara daim texniki dəstək vəd edirik. Əməkdaşlıq şərtlərinə dair ətraflı məlumat üçün elə indicə bizimlə əlaqə yaradın.