Sual - Cavab

BluEggVision məhsullarına aid suallar

Necə sifariş etmək və ödəmək olar?

Çatdırılma və ödəmə səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz. Sifariş etmək üçün isə Əsas səhifədən istifadə edin.

Məhsullara zəmanət verirsinizmi?

3D/4D boyama kitabları xüsusi Lisenziya kodu ilə qorunur. Həmin kitabların arxa tərəfində QR kod formatında yerləşdirilən lisenziya kodlarını proqramınızı ilk dəfə işə saldıqdan sonra qurğunun kamerasını koda yaxınlaşdırmaqla kitabınızı aktivləşdirirsiniz. Həmin kod yalnız sizə məxsusdur və digər şəxslərlə paylaşıla bilməz. Əgər kodu sizdən başqa üçüncü şəxs də öz mobil qurğusuna yüklədiyi proqramda istifadə edərsə, bu halda proqramınızı silib yenidən yüklədiyiniz zaman sizin proqram işləməyə bilər. Buna görə də öz kitabınızın arxasında olan kodu başqa şəxslərə verməyin. Biz kitablarımızın keyfiyyətinə zəmanət veririk! Proqram təminatı bütün smartfon və planşetlərdə düzgün işləməyə bilər. Bu halda baş verən nasazlığa proqram satıcısı cavabdehdir.

Kitabı aldıqdan sonra nə etməli?

Siz proqramı mobil qurğunuza aşağıda göstərilmiş üsullardan biri ilə yükləyə bilərsiniz:

 

1) Öz mobil qurğunuzda Google Play (Android əməliyyat sistemi) və ya App Store (iPhone və iPad üçün), proqramını çalışdırın, axtarış bölməsində ingiliscə BluEgg və ya rusca БлуЭгг yazaraq proqramlarımızı tapın. Öz kitabınıza uyğun proqramı seçərək yükləyin.

2) Yaxud da kitabınızın arxa səhifəsində sol tərəfdə verilmiş QR kod vasitəsilə birbaşa olaraq proqramı yükləyin. Əgər sizin QR kod skaneriniz yoxdursa pulsuz olaraq http://www.bluegg.mobi/scan səhifəsindən yükləyə bilərsiniz.

3) Proqramı mobil qurğunuza yüklədikdən sonra işə salın. İlk açılışda proqram sizdən Lisenziya kodunu soruşacaq. Həmin kod satın aldığınız kitabın arxa üzündə sağ tərəfdə QR kod şəklində (yaxud rəqəmli kod) verilmişdir. Proqram işə düşərkən avtomatik olaraq kamera açılacaqdır. Bu zaman siz qurğunu QR koda tərəf tuşlamaqla öz kitabınızı aktivləşdirə biləcəksiniz. Aktivləşdirmə zamanı mobil qurğunuz mütləq internetə bağlı olmalıdır.

4) Proqram aktivləşdikdən sonra qarşınıza çıxacaq ekranda Ayarlar bölməsindən səs paketini seçə bilərsiniz. Burada Rus, İngilis və bir sıra dillərlə yanaşı Azərbaycan dilində də səs paketi vardır. Personajların hansı dildə danışmalarını istəyirsinizsə o dildə olan səs paketini seçin. Daha sonra ekranda istifadə təlimatları ilə tanış olun. 

Proqramı yükləyə bilmirsiniz?

Diqqət edilməli vacib məqamlar!

 

a) Mobil qurğunuzun sistem dili hansı dildədirsə proqramınız da o dildə və ya ona uyğun bir dildə çalışacaq. Proqramdan düzgün istifadə üçün telefonunuzun sistem dili rus, ingilis və ya türk dilində olmalıdır. 

b) Proqramı mobil qurğunuza yükləmək istədikdə sistem sizə "Bu proqram sizin ölkəniz üçün aktiv deyil" bildirişi verirsə, deməli mobil qurğunuzu ilk dəfə tənzimləyərkən ölkə olaraq Azərbaycanı seçməmisiniz. Bu halda tənzimləmələr bölməsindən ölkənizi Azərbaycan olaraq dəyişməlisiniz. 

Devar Kids məhsullarına aid suallar

Boyama kitabını aldım. Sonra nə etmək lazımdır?

Google play və ya App Store-dan proqramı yükləyib işə salmaq, aşağıdakı siyahıda əldə etdiyiniz kitabın adını seçmək - onu yükləmək, təhlükəsizlik kodunu daxil etmək (tələb olunduğu təqdirdə), seçilmiş kitabın açılması üçün yuxarıdakı bannerin mərkəzində yerləşən işarənin üzərinə klikləmək lazımdır.

Təhlükəsizlik kodu nə üçün lazımdır?

Aldığınız kitabla işləmək üçün lazım olan DEVAR kids proqramının resurslarına olan çıxışı aktivləşdirmək üçündür. Diqqət! Təhlükəsizlik kodunu yalnız 5 müxtəlif smartfondan və ya planşetdən daxil etmək olar.

Proqram xəta verir: "Daxil etdiyiniz kod yanlışdır".

Yuxarı registri işə salın, əmin olun ki, latın qrafikalı hərflərin klaviatura düzümü seçilib. Əgər proqramda aldığınız kitaba uyğun olmayan kitabı seçib ona təhlükəsizlik kodunu daxil etmisinizsə - devar.support saytında texniki dəstək xidmətinə, (050) 444 0 100 qaynar xətt nömrəsinə müraciət edin və ya help@devar.ru  poçtuna sorğu göndərin.

Hansı səbəbdən proqram gec yüklənir?

Buna İnternetin sürətinin aşağı olması və ya kontentin yenilənməsi serverindəki ağır yüklənmə, zəif qrafik çip və ya prosessor səbəb olur.  İlk növbədə, fon rejimində işləyən və heç bir faydası olmayan bütün lazımsız proqramları silmək lazımdır. Məsələ ondadır ki, belə proqramların hər biri operativ yaddaşın bir hissəsini sərf edir. Və əgər prosessorunuz zəifdirsə, bu, onun işinə təsir göstərə bilər. Cihazın keş-yaddaşını təmizləyin.

Proqram açıldıqda xəta verir: «internetə çıxış yoxdur»

Proqram məlumatlarını silmək lazımdır. (Telefon tənzimləmələri - proqramların dispetçeri - Devar Kids - Məlumatları silmək). Android sistemi ilə işləyən cihazlar üçün aktualdır. İnternet birləşməsini yoxlayın, əgər internetdən WiFi vasitəsilə istifadə edirsinizsə, routeri yenidən işə salın. Əgər internetdən 3G, 4G vasitəsilə istifadə edirsinizsə - internet birləşməsini söndürüb yenidən işə salın. Internetə qoşulmuş cihazı yenidən işə salın. 

Proqram işə salındıqdan sonra - ya güzgü şəklində təsvir olur ya da proqram açılır, lakin ancaq qara ekran görünür.

Sizin cihazınızın bu proqramı dəstəklədiyini yoxlayın. Proqramı işə salmazdan əvvəl ekran çevrilməsinin kilidlənməsini söndürün. Tegra 2 prosessorunda işləyən cihazlar (NEON texnologiyasını dəstəkləməyən prosessorlar) hal-hazırda dəstəklənmir (Sony Ericsson Xperia X10, Acer Iconia Tab A501). Intel Atom prosessoru ilə işləyən bəzi cihazlarda (Galaxy Tab3 10.1, Asus MeMO Pad) proqramın kameraya çıxışı ilə problem ola bilər. Sony Xperia M cihazında avtofokusla problemin olması mümkündür.

Yüklənmə zamanı xəta baş verdi. Dialoq pəncərəsi "Error loading data. Check the connection to the Internet".

Hazırkı dialoq pəncərəsi server xətası zamanı yaranır. Bu, müvəqqəti haldır. Proqramın və onun komponentlərinin düzgün yüklənməsi üçün xətanın aradan qaldırılmasını gözləyib proqramı yenidən işə salmaq tövsiyə olunur. Bir qayda olaraq problemin həlli 1 saatdan 2 sutkayadək çəkir.

iPad-da proqram işə salındıqda video-təlimat nümayiş olunduqdan sonra şəkil və linklərin bir-birlərin üzərinə səliqəsiz şəkildə qoyulduğu interfeys çıxır.

Landşaft səmtləşməsini söndürmək lazımdır (yuxarıda sağ tərəfdən cihazın yan tərəfində, səs tənzimləyicisi düymələrinin üzərində). Sonra proqramı yenidən işə salın.

Proqram Google Play-dən yükləndikdə xəta 492 çıxır və proqram yüklənmir.

Xəta 492 əslində Google Play işinin pozulması deməkdır. Beləliklə, Play Market-in normal işinin bərpası üçün keş təmizlənməsini düzgün həyata keçirmək, (http://nastroisam.ru/error-492-play-market/) və yaxud proqramı Yandex Store-dan http://nastroisam.ru/error-492-play-market/ link vasitəsilə yükləmək lazımdır.

Proqramın yüklənməsi zamanı “Xəta. Cihazın yaddaşında kifayət qədər yer yoxdur” dialoq pəncərəsi çıxır.

Devar kids proqramı avtomatik olaraq "USB-toplayıcı"ya (yaddaş kartı) deyil, "Cihazın yaddaşı"na yüklənir. Proqramın düzgün yüklənməsi üçün 400 Mb boş yaddaş lazımdır. Böyük yaddaş həcmi tutan oyun proqramlarını, şəkilləri, videofaylları silin.

Proqram açılmır. Ekranda mobil məlumatlar sisteminin açıq olmasına baxmayaraq "İnternet birləşməsini yoxlayın" dialoq pəncərəsi çıxır.

Proqram məlumatlarını silmək tələb olunur. (Telefon tənzimləmələri - proqramların dispetçeri - Devar Kids - Məlumatları silmək). Eləcə də Cihaz tənzimləmələri vasitəsilə Google play-də, Google play Servisləri və ya Framework Google play-də məlumatları silin. İnterneti qoşun və cihazı qoşulmuş internetlə yenidən işə salın.

Sualınız var?

Sualınızı bizə göndərin